aljirkitab ulviyyetahir roman hekay ortaq esse heryeredebiyyat aljir asharshylyq
•TƏŞNƏ
Avtobusda arxa qapının da açılmasını tələb edənlərin əksəriyyəti sürücüyə pul verməkdən yayınanlardır. Dəfələrlə şahidi olduğum bu məqam mənə haqq məsələsinin bir daha dairə olduğunu xatırladır. Bu dairə başqalarının haqlarının oğurlanmasının sənin də haqqının oğurlanması ilə qapanır. Qaçan adamların da nə vaxtsa haqlarının oğurlanacağı şəksizdir. Deməli, dairə qapalıdır. Sən bu çoxölçülü məkanın dar dairəsində o ali insan dərəcənə xəyanət edərək xırda (əslində, xırdalar daha təhlükəlidir) bir nüansa qədər tənəzzül edə bilirsən. Bəs insan övladı hey "əldə edəcəyəm" təşnəsi ilə yanarkən nəyin uğrunda mübarizə aparır?... Ekzüperi deyir ki, mükəmməllik həyatınıza və ya özünüzə əlavə ediləcək bir şeyə ehtiyac olmayanda deyil, həyatınızdan və ya özünüzdən uzaqlaşdırılacaq bir şey qalmayanda əldə olunar. •SON SÖZ ƏVƏZİ....Klark deyir ki, fikrin gözəlliyini və möhtəşəmliyini itirməsini istəyirsinizsə, onu daha çox sözlə ifadə edin! •#ulviyyetahir #aljir #aljirkitab #ortaqşəhər #buqələmun #roman #hekayə #esse #hərgünoxu #həryerədəbiyyat #heryeredebiyyat #sözler
Azərbaycan tarixində baş vermiş ən böyük faciələrdən biri də 1920-ci illərdən başlayaraq 30 ilə yaxın davam edən repressiya olmuşdur.
Ümumilikdə 1930-40 və 50–ci illərin əvvəllərində 70 min adam repressiya edilib ki, bunun da 29 min nafari ziyalılardır. Təkcə 1937-ci ildə 16 Azərbaycan generalı qətlə yetirilib.
Azərbaycanın Qazaxıstandakı səfirliyinin məlumatına görə, Stalin repressiyaları illərində Qazaxıstanda 150 min azərbaycanlı öldürülüb və bunlardan 28 min nəfəri məhkəmə və istintaq olmadan güllələnib.
#ulviyyetahir #aljirkitab
Şəhərlər böyüdü,şəhərlər böyüdükcə paralel olaraq insanların sayı da artmağa başladı.Dahilərdən biri "Adamların sayı artdıqca, insanların sayının azaldığını görürəm"- deyə nigaran bildirmişdi.Bu nigaranlıq məni bəşəriyyətin sonsuzluğa doğru yollanan yorğun ayaqlarından sallaşan dərdləri görməyə sövq edir.Bu dərdlərin ən böyüyü isə bəşəriyyəti öz girdabında boğmağa hazırlaşan tənhalıq girdabıdır. -Niyə bu qədər qələbəlik içində tək qalmışıq? -Kimlər ya nələr buna zəmin hazırladı? -Biz hara gedirik? -Bütün bunların bir həll yolu varmı? Dünyaya kitab pəncərəsindən baxanlar tənhalığın ədəbiyyatda tsiklik inkişafını müşahidə edə bilərlər.Bu tənhalıq İsgəndər Zülqerneynin əbədiyyət kəhrizini axtarmağa getməsindən,postmodernistin bohem həyatına qədər uzanır.Hissə-hissə,zərr-zərrə ədəbiyyata çökən tənhalıq iztirabı son əsrlərdə öz pik nöqtəsinə çatdı.Bu əsrlərin tənhalığı Məcnunun çöllərdəki tənhalığı deyildi.Bu fiziki tənhalıq deyildir. Əvvəllər yalnız ədəbiyyatda mövzu olan bu məsələ indi cəmiyyət adlı gəmini batırmağa başlayıb."Zəmanəmizin qəhrəmanı"nı mütaliə edən orada bir insanın özünə yer tapa bilməməsini 50 il öncə oxuyarkən bəlkə də təccüblənərdi.Lakin indi bu qəhramanlar o qədər çoxalıblar ki,kütləvi şəkildə boşanmalar və intiharlar şəklində qarşımızda nəhəng bir tablo yarada bilirlər. "Martin İden"in fəlakəti onun yazıçılığı deyildi.Onun daxilində dərinləşməyə başlayan bir girdab idi.Bu girdab onu son yolçuluğuna apardı.Gəmiyə minəndə elə ürəyindən keçdi ki,o sadə qızı özü ilə aparsın,amma apara bilmədi.Cünki o girdab onun əlindən cəsarətini-yaşamaq cəsarətini almışdı.Həyat rəngini itirmişdi onun üçün. T.Drayzerin "Dahi"si Yucin cəmiyyətin zibiliyindən zirvəsinə və ya əksinə yuvarlanarkən o tənhalıq girdabının əlində can verərkən onu həyata yenidən nə qaytardı.Bu barədə sonra... (Ardı şərhdə)
#ulviyyetahir #aljirkitab #ortaqşəhər #buqələmun #roman #hekayə #esse #ədəbiyyat #hərgünoxu