endokrinoloq_gunay_azimova azerbaijan baku endokrinoloji endokrinoloq endokrinsistem medicine qalxanvariv сахарныйдиабет analiz diabetes endocrynology hormones thyroid гормоны щитовидная щитовиднаяжелеза diabet tiroid endocrinology hipertoniya hormon endokrinsistem
Endokrin xəstəliklər günümüzdə çox yayılıb.
Ancaq bu onları məğlubedilməz etmir.
Peşəkar diaqnostika və dəqiq təyin edilmiş müalicə metodları, eləcə də daimi tibbi nəzarət sayəsində sağlamlığınızı qorumaqda hər zaman yanınızdayıq. (051) 916 20 00
Medikus tibb mərkəzi
#endokrinoloq_gunay_azimova #endokrinoloq #endokrinsistem #endokrinoloji #endocrynology #hormones #thyroid #zob #diabetes #şəkərlidiabet #qalxanvarivəz #щитовиднаяжелеза #гормоны #сахарныйдиабет #medicine #sağlamlıq #analiz #baku #azerbaijan
Toksik zob (zəhərli zob) immun sistemində yaranmış defekt nəticəsində yaranır. Bu xəstəlik zamanı yaranmış anticisimciklər qalxanvari vəzi toxumasını daim qıcıqlandraraq onun ölçülərinin böyüməsinə, vəzin funksiyasının artmasına və qana həddindən artıq hormon ifrazına səbəb olur. Bu zaman ən çox zədələnən sinir sistemi və ürək-damar sistemidir. Daha çox yayılmış əlamətlərinə əsəbilik, qıcıqlanma, kəskin arıqlama, əllərdə və bütün bədəndə əsmə ( tremor), gözlərdə bərəlmə, ürək çırpınması, təngnəfəslik, boğulma, temperaturun bir qədər artmasını misal göstərmək olar. Professional həkim endokrinoloq tərəfindən vaxtında və düzgün qoyulmuş diaqnoz və buna müvafiq aparılan müalicə, pasientləri müxtəlif orqan və toxumalarda geri dönməz dəyişikliklərin yaranmasından qoruyur. 051 916 20 00 Medikus tibb mərkəzi
#endokrinoloq_gunay_azimova #endokrinoloq #endokrinsistem #endokrinoloji #endocrynology #hormones #thyroid #zob #diabetes #şəkərlidiabet #qalxanvarivəz #щитовиднаяжелеза #гормоны #сахарныйдиабет #medicine #sağlamlıq #analiz #baku #azerbaijan
Toksik təsirli məhsulları həyatımızdan çıxararaq, daha sağlam həyat yaşaya və qalxanvarı vəzini də qoruya bilərik. Ancaq təəssüf ki, gündəlik həyatımızda kimyəvi maddələrlə tez-tez təmasda oluruq.
Qalxanvari vəzə zərərli olan kimyəvi maddələr:
1. Pestisidlər
Pestisidlər kənd təsərüfatında çox geniş istifadə olunur və meyvə və tərəvəzlərlə orqanizmimizə daim daxil olur. Pestisidlərin 60%-i xəstəlik yaratmaq qabiliyyətinə malikdir.
2. Yanğın əleyhinə olan vasitələr
Bunlar kompüter və televizorların ekranında, həmçinin də yumşaq mebel dolğularında, xalçalarda və digər əşyalarda rast gəlinir. Bu maddələr orqanizmin inkişafına da ciddi təsir göstərir.
3. Plastik qablar
Plastikin tərkibində olan ftalat maddəsi qalxanvarı vəzə mənfi təsir göstərir.
4. Yanmayan maddələr
Yanmayan maddələrin tərkibindəki perftoroktan turşusu kimyəvi teflon səthli tavaların hazırlanmasında, ərzaq maddələrinin qablaşdırırlmasında və s. istifadə edilir.
5. Tərkibində triklozan olan diş məcunları
Bəzi diş məcunlarının tərkibində triklozan maddəsi var ki, bu maddə qalxanvarı vəzə, esterogen və testosteronun sintezinə mənfi təsir edir.
6. Bakteriyaəleyhinə vasitələr
Tərkibində triklozan olan bakteriyaəleyhinə vasitələrə losyonlar, nəm salfetlər, antibakterial sabunlar aiddir.
7. Ağır metallar
Məişətdə istifadə edilən vasitələrin bəzilərində qalxanvarı vəzin autoimmun xəstəliklərinə səbəb olan civə və qurğuşun kimi ağır metallar mövcuddur.
8. Soya
Soya zülalının tərkibində fitoestrogenlər var ki, bu maddə qalxanvarı vəzin işinə təsir edərək orqanizmin yod sintezini blok edir.
#endokrinoloq_gunay_azimova #endokrinoloq #endokrinsistem #endokrinoloji #endocrynology #hormones #thyroid #zob #diabetes #şəkərlidiabet #qalxanvarivəz #щитовиднаяжелеза #гормоны #сахарныйдиабет #medicine #sağlamlıq #analiz #baku #azerbaijan
Hipoqlikemiya — qanda şəkərin normadan az olmasıdır (normal həddən az). Normada qanda (plazmada) şəkərin miqdarı acqarına 3,9 mmol/l (70 mq/dl) - 6,1 mmol/l (110 mq/dl) olmalıdır. Bəzi səbəblərdən qanda şəkərin miqdarının qəfil aşağı düşməsi (3,9 mmol/l-dən və ya 70 mq/dl-dən aşağı) müşahidə olunur, bu da hipoqlikemiya adlanır. Əlamətləri kəskin zəiflik, çox tərləmə, başağrısı, başgicəllənmə bədənin əsməsi, solğunluq, gözlərin qaralması və ikigörmə, narahatlıq, əhvalın dəyişməsi, qorxu, ürəkdöyünmənin sürətlənməsi, güclü aclıq hissi.
Hiperqlikemiya qanda qlükozanın (qan şəkəri) miqdarının yüksək olduğunu göstərən termindir. Qanda qlükozanın yüksəlməsi orqanizmdə insulin azlığından və ya bədənin insulini düzgün şəkildə istifadə edə bilməməsindən baş verir. İdman etməklə qanda qlükozanın səviyyəsini azalda bilərsiniz. Ancaq qanda şəkərin miqdarı 240 mq/dl-dan çoxdursa həkimə müraciət etmək lazımdır. 051 916 20 00 Medikus tibb mərkəzi
#endokrinoloq_gunay_azimova #endokrinoloq #endokrinsistem #endokrinoloji #endocrynology #hormones #thyroid #zob #diabetes #şəkərlidiabet #qalxanvarivəz #щитовиднаяжелеза #гормоны #сахарныйдиабет #medicine #sağlamlıq #analiz #baku #azerbaijan
Uşaqlarda boy geriliyinin bir çox səbəbləri var. Ən çox rast gəlinən və araşdırılan səbəb boy hormonuyla əlaqədardır. Böyümə hormonu gözlərimizin arxasında, beynin tam mərkəzində hipofiz vəzidə istehsal olunan bir hormondur. Boyda bir yavaşlama olduğu hallarda biz uşağı nəzarətə alaraq böyümə əyrilərinin qeydiyyatını apararaq boy qısalığının böyümə hormonunun yetərsizliyi ilə əlaqədar olub olmadığını araşdırırıq. Boy qısalığı çoxçeşidli, çoxsəbəbli bir xəstəlikdir. Hər bir boy qısalığı adı ilə gələn müraciət mütləq xəstəlik anlamına gəlməz. Mütləq boy qısalığını uşağın cinsi yetişkənlik yaşı, genetik faktorlar, ətraf mühit faktorlarını, yuxu və qidalanma rejimini nəzərə almaqla dəyərləndirmək lazımdır. Multifaktorial, çoxsəbəbli bir xəstəlik olan boy qısalığı endokrinoloq tərəfindən müayinə edilməlidir. 051 916 20 00 Medikus tibb mərkəzi
#endokrinoloq_gunay_azimova #endokrinoloq #endokrinsistem #endokrinoloji #endocrynology #hormones #thyroid #zob #diabetes #şəkərlidiabet #qalxanvarivəz #щитовиднаяжелеза #гормоны #сахарныйдиабет #medicine #sağlamlıq #analiz #baku #azerbaijan
Pəhrizinizə qarşı diqqətli olun, sağlamlığınıza səhlənkar yanaşmayın. 051 916 20 00 Medikus tibb mərkəzi