heryeredebiyyat aztagram instagram poeziya kitab kitabsev bakutagram bookstagram edebiyyat ceylanmumo kitablar neft sevgi iranl azerbaycan oxucu yazar baku edebiyat mitesisifus
"Adamların heç hansı anadan insafsız, bihörmət, əzazil doğulmur. Ömür-gün onları bu günə salır. İnsanlarla davranış onların hisslərini korşaldır, mum kimi yumşaq təbiətlərini sərtləşdirir"..
.
.
.
.
.
Günlərdir əlimdən düşməyən, dünən bitirdiyim kitab - Əmir Mustafayevin "Qara zolaq" kitabı haqqında fikirlərimi bölüşməyi qərara aldım. 1976-cı ildə yazılan bu roman Böyük Vətən Müharibəsi illərində Azərbaycan kəndinin, onun əməkçilərinin arxa cəbhədə iştirakı, mərdlik, şücaət göstərən kənd kommunistlərinin, komsomolçularının, hər işdə ata-analarını əvəz edən cəsur uşaqların, yeniyetmələrin həyatı, adamların mənəviyyatında, psixologiyasında gedən dəyişmələr, tərəddüdlər, yüksək əxlaqi keyfiyyətlər qələmə alınmışdır. Yazıçı əbəs yerə bu kitabı belə adlandırmayıb. Çünki müharibə o illərdə hər adamın ömründən keçən qara zolaq idi. Romanın elə yeri oldu ki, göz yaşlarıma əngəl ola bilmədim. Çox ağrılı-acılı illər gözümün önündə canlandı. Həqiqətən ac qalmamaq üçün insanlar hər yola əl atırdı. Kimisi ac qalmağa razı olurdu, kimisi ac qalmamaq üçün arından-namusundan keçirdi. Düşünürəm ki, bu romanı az insan oxuyub, əgər oxuyanlar varsa, fikirlərini mənimlə bölüşə bilər, maraqlıdır
#heryeredebiyyat #əmirmustafayev #qarazolaq #roman #ədəbiyyat #book #booklove #booklover #booklovergirl #bookstagram #edebiyat #edebiyattanparçalar #edebiyataşkı #edebiyatklubu #edebiyatseverler #edebiyatdünyası