asifsirat muasirferqliseirler poeziya seir asif asifeliyev diledim ferqliseirler muasirseirler siir sirat aktivler azeaktivler beledim ciyer derd deyireme felsefe gunah gunes hezin meni penah ruhuma sabah sabahi hezin
!
Sənin yaşanmamış gələcəyin var,
Sən ölümdən qorxan balaca adam.
Mənim keçmişimdən qulağım batır,
Mən ölüm dilənən bir qoca adam.
Sənin əllərindən arzu oxunur,
Sənin arzuların gülüş axıdır.
Mənim əllərimdən kədər süzülür,
Mənim arzularım daşdan qayıdır.
Sən qoca şəhərin bala sərçəsi,
Sən qış günəşinin zərif şüası.
Mən şəhər qazisi,şəhər müftisi,
Mən günəş görməyən azan duası.
Sən bahar adamı,günəş adamı,
Sənə gülüş sızır günəş çıxanda.
Mən payız adamı,yağış adamı
Mənə ölüm damır yağış yağanda. Müəllif Asif Sirat
#asifsirat #muasirferqliseirler #ferqliseirler #muasirseirler #bahar #payiz #serce #söz #asifeliyev #poeziya #sözler #slow #aktivlər #sdv #qoca #adam #gunes #ölüm #arzu #gulus #keder #azan #activ #music #rap #sirat #yağış #hezin #piano #tolis
İfa @sevgi.5577 ,Şeir Asif Əliyev
#sevincagayeva #asifsirat #asifəliyev #muasirferqliseirler #seir #sabahi #deyireme #ruhuma #sen #muasirsheirler #beledim #meni #müasirşeirlər #senden #diledim#tustu #çek #ciyer #umid #sabah #ağri #dua #derd #penah #gunah #qiraet #siir #muasirseirler #ah #cekirem #diledim
@mirsen_xeyal -a ithaf
.
Üç beş ölkə uzaqdan
Sevmək daha çətindir,
Zəhər kimi həsrətin
Dadı bir az şirindir.
Sevgi arzulamışdım,
Bəxtinə həsrət düşüb.
O qap-qara gözlərin
Xəritələrdə bişib.
Başı batmış uzaqlığ
Ən şirin yerdə gəlir.
Obaşdan unutduğun
Gecələr birdə gəlir.. Yaşıl ürəkli bir gül
Təsəlli simvolunda,
O gülü axtararsan
Şəhərin hər kolunda.
Bəzi məsafələr var
Barmaqnan ölçülürlər
Ölçə ölçə adamlar
Hər qarışda ölürlər!
Müəllif Asif Sirat
#seir #muasirferqliseirler #asifsirat #poeziya #yeni #uzaqlar #xəritə #yaşılürəkligül #asifəliyev #söz #siirsokakta #seirhəryerdə
!
Ruhuma "Sən" bələdim
Məni səndən dilədim
Elədikcə elədim
Günahı deyirəme.. .
Tüstü məni aparmır
Ciyərlərim bacarmır
Hey çəkirəm qurtarmır
Bu ahı deyirəme..
.
Darıxıb titrəyirəm
Tez gəlsin istəyirəm
Umidnən gözləyirəm
Sabahı deyirəme..
.
Özü incitməmişdi
Ağrıma yetməmişdi
Təkcə O getməmişdi
Allahı deyirəme..
.
Dua edib bitirdim
Yığıb ona gətirdim
Pənahı deyirəme..
.
Bilərəkdən darıxdım
Dərdi üstümə yıxdım
Özüm-özümə sıxdım
Silahı deyirəme..
. Müəllif Asif Sirat
#asifsirat #asifaliyev #asifsirat #muasirferqliseirler #seir #sabahi #deyireme #ruhuma #sen #beledim #meni #senden #diledim#tustu #çek #ciyer #umid #sabah #ağri #dua #derd #penah #gunah
!
Dözmür ürəyim dərdə,ey badi səba tez əs
Bizlər əbədi dustaq,dünyavu cahan məhbəs
Bi'dət qapını döydü,gəl-gəl dedi hər bir kəs
Susqunluğa qərq oldu,a'lim deyilən kəslər.
Bir vaxtı Əli Nasir,səslərdi bizi haqqa
Şa'ir odur əslində,işlətdi sözü haqqa
Dustaq canı təşvişdə,zilləndi gözü haqqa
Hökmi oxudu yalnış,ha'kim deyilən kəslər.
Dar gündə çətin anda,düşmən gözə görsəndi
Tərkin qıla imanın,mö'min necə tərpəndi
Döndü silaha elmi,na'dan yazıb öyrəndi
Elmi yozacaq tərsə,xa'dim deyilən kəslər.
Za'hir bizi aldatdı,ba'tindi əsil məna
Məhşər günü var sonda,gəlmir gözünə üqba
İllərlə budur a'dət,çərxin dönə ey dünya
Məzlumlara zülm etdi,za'lim deyilən kəslər. Müəllif Asif Sirat
#AsifSirat #muasirferqliseirler #şeir #söz #asifeliyev #alim #hakim #xadim #zalim #nadan #badiseba #adalet #mehkeme #azeaktivler #gt #sirat #məhbəs #aktivler #elinasir #dustaq #iman #mömin #elm #zahir #mahşer
!
Gör necə bəxtəvərdir
Sənin olduğun yerlər.
Qədrini bilməyirlər
Sağ qocaldığın yerlər.
Əllərimdə qutular,
Bəlkə nəzir atılar,
Kəbəyə tay tutular
Namaz qıldığın yerlər.
Qollarını açırlar,
Xumarlanıb qucurlar,
Sevincindən uçurlar
Nəfəs aldığın yerlər.
Çiçəklənib hüzündən,
Cücərib öz özündən,
Göz yaşını gözündən
Yerə saldığın yerlər.
Kuyində nur görsənib,
Yaşam arxanca enib,
İndi şəhərə dönüb
Tənha qaldığın yerlər.
Keçmişi itiriblər
Efkarlanan qəriblər.
Meşələr bitiriblər
Çiçək yolduğun yerlər
.
.Müəllif Asif
#asifsirat #muasirferqliseirler #ferqliseirler #muasirseirler #slow #seir #yazar #aşk #siir #sözler #poeziya #olduqun #yerler #sirat #asif #edebiyat #siirhayatta #aktivler #azeaktivker #sdv #baki #felsefe
!
Günəşin səhər-səhər
Evinizə düşüşü
Pəncərədən qayıdan
Şuaların enişi.
Günəşin üzgün yeri
Yanağının gülüşü.
Etik davranışların
Yaradanın əl işi
Atanmı miras quyub,
Ananmı ödül verib
O ismətli yerişi?
İndi,səni seçmişəm
Kilsəmizin keşişi
Yeni ibadət yerim
"Küçənizin girişi". !
Bu gün filimin sonu
"Günün dərsdən gəlişi". Müəllif: @asif_sirat
#muasirferqliseirler #asifsirat #muasirşeirler #poeziya #söz #ferqliseirler #gunes #yeniibadetyerim #kucenizingirisi