poeziya seir azerbaycan baku edebiyyat aztagram edebiyat seirler azerbaijan kitab yazar siir sevgi baki aforizmalar yazarlar poeziyagecesi qezel aforizma kitap siirsokakta sozunozu ayriliq pianino
Baxışın qəlbimi incitmişdir;
Bu baxışdan, bu duruşdan əl çək.
Bir də baxsan mənə, iş bitmişdir;
Bir də baxsan mənə, fikrim dönəcək.
Yenidən uyğusu qaçmış gecələr,
Sevgilər, fırtınalar başlanacaq.
Ayrılıqlar, qarışıq bilməcələr...
Yanacaq sıtmalı ruhum, yanacaq!
Bu baxışdan, bu duruşdan əl çək!
Yoxsa könlümdəki qızğın şimşək
Üstünə od sovurar hər yerdən.
Orda dur, burda dayan, hey bəklə,
Səni tale günəşim güdməklə
Keçməsin qorxulu vadilərdən.
#mikayilmusfiqdunyasi #mikayilmusfiq #mikayilmüsfiq #poeziya #poetry #şiirsokakta #
Mikayıl Müşfiq-Öyrəniş
Həyat nədir? Sual verdim özümə,
Mənasını çiçəklərdən öyrəndim.
Yaşadıqca çarpışmayı, sevməyi
Qəlbimdəki diləklərdən öyrəndim.
Bir yay aldım çıxmaq üçün şikara,
Tuş gəldim bir ahu gözlü nigarə.
Nişan alıb ox atmağı, nə çarə,
Daş ürəkli mələklərdən öyrəndim.
Sular kimi köpüklənib daşmağı,
Ellər kimi uca dağlar aşmağı,
Min bir əməl arxasınca qoşmağı
Dürlü-dürlü ürəklərdən öyrəndim.
Xəbər olsun hər tazəyə,
hər gəncə:
İnsan çocuq, həyat ona əyləncə...
Mən gurultu qoparmağı ilk öncə
Alov gözlü şimşəklərdən öyrəndim.
Həyat nədir? Ölüm nədir? Boş sual!
Sevda nədir? Hicran nədir?Bir xəyal!
Mən bunların əsasını, iştə, al:
Həp çəkdiyim əməklərdən öyrəndim.
#mikayilmusfiqdunyasi #mikayilmusfiq
#mikayilmüsfiq
#mikayilmusfiq #poeziya