silencemusic music silence huzur melankolia piano beethoven chopin evgenygrinko mozart sadmusic slowmusic violin yalnizlik yanntiersen bach classicalmusic maxrichter olafurarnalds song eminsabito sakitlik iday ludovicoeinaudi guitar americanmusic russianmusic ambient ambientmusic cover igpicoftheday
Ağlamaq üçün gözdən yaşmı axmalı?
Dodaqları gülərkən insan ağlamazmı?
Sevmək üçün gözələmi baxmalı?
Pis vücudda gözəl ruh,qəlbi bağlamazmı?
Həsrət-bir sevgidən uzaqmı qalmaqdır?
Sevgilin yanindaykən hicran duyulmazmı?
Oğurluq-pul,dövlət,malmı oğurlamaqdır?
Səadət oğurlamaq oğurluq olmazmı?
Solmasi üçün gülü budaqdanmı üzməli?
Qönçəykən bir çiçək budaqda solmazmı?
Öldürmək üçün silah,bir xəncərmi olmalı?
Gülüş-güllə,saçlar-ip,göz-silah olmazmı..
.
.
#huzur #yalnizlik #slowmusic #evgenygrinko #yanntiersen #piano #sadmusic #melankolia #classicalmusic #silencemusic #sakitlik #maxrichter #chopin #hüzünlü #music #slowmuzik #beautifulmusic #beethoven #mozart #nature #streetstyle
Elə ağrılıdı...elə ağrılı
susasan...səsindən duyan olmaya.
itə də, qurda da yiyə çıxasan,
sənin bu dünyada yiyən olmaya.
ağlayıb qalasan divar dibində,
yanından keçənlər baxıb keçələr.
ayağına dolaşan bir ac pişik tək,
ömrünə dolaşa qara gecələr.
səhər gözləyəsən...səhər gəlməyə,
çırpına gözünün yaş qapaqları.
lələk əvəzinə bir qələm sala,
ovcunun içinə quş qanadları.
bir məktub yazasan gül yarpağına,
gəlməyən səhərə pay göndərəsən.
göyünü itirmiş uşaqlar var ha...
onlara bir parça göy göndərəsən.
elə ağrılıdı...kiritməyələr,
ağlayıb, hönkürüb ...sonra güləsən.
bir dizin qalanda qucaqlamağa,
başını dizinə qoyub öləsən...
.
.
#huzur #yalnizlik #slowmusic #classicalmusic #piano #iday #maxrichter #olafurarnalds #yanntiersen #evgenygrinko #eminsabitoğlu #ludovicoeinaudi #melankolia #sadmusic #silencemusic #sakitlik #violin #mozart #bach #beethoven #chopin #song #music
Səhərdən axtarıb gəzirəm,amma
Heç yerdən ətrini ala bilmirəm,
Mən sənin sevgini hara qoymuşam?
Heç cürə yadıma sala bilmirəm.
Fikrim dağılıbdı axır zamanlar,
Sanki gözə gəlib yaddaşım,huşum.
Yeqin keçən həftə bilər yerini,
Ya da keçən aydan səni soruşum.
Unudub qoymuşam bəlkə sevgini
Otelin soyumuş pəncərəsində,
Fikir verməmişəm , yaddan çıxıbdı
Üzümə örtülən qapı səsində ,
Gizli görüşlərin bəhanəsində.
Bəlkə yollar oldu məni çaşdıran?
Qatar oğurladı itən sevgimi,
Tələsik düşəndə kupedə qoydum
Oxunub qurtarmış bir kitab kimi?
Men səni görəsən harda unutdum?
Yağışda itirdim, qarda unutdum?
Nəsə , həyatdı da. Mən bu yaşıma
Kimlərdən , nələrdən doyub gəlmişəm.
Təkcə səni deyil, mən özümü də
Sənli günlərimdə qoyub gəlmişəm. - İlqar Fəhmi
.
.
#huzur #hasret #slowmusic #kaiengel #yanntiersen #olafurarnalds #maxrichter #yalnizlik #hüzünlü #silence #şiir #classicmusic #rock #piano #violin #beethoven #melankolia #bach #mozart #spring #chopin #slowmuzik #silencemusic #evgenygrinko
Lullaby composition titled: White Dreams. Use .
.
.
.
#ballad #jazz #silencemusic #silence #jazzguitar #soulfulmusic #composedtoday #composerlife #musicfromtheheart #jazzballad #instaguitar #truemusic #instaguitar #instajazz #jazzguitarist #feelgoodmusic #musicmood #musiclovers #moveon #walkinginthesnow #musicforcoffee #relaxmusic #ibanezjsm100 #sologuitar #lullaby