aytensadixova nevroloq pediatr usaqlardayerime enurez epilepsiya meningit nevroz pediatrmesleheti pediatrnevroloq qicolma usaqhekimi usaqlardaepilepsiya usaqlardaqicolma tikler usaqnevrologiyasi daun beyintravmasi tikler
Tiklər qeyri-iradi, ani özünü göstərən, özünəməxsus xüsusiyyətləri ilə fərqlənən, hər hansı bir məqsədə yönəlik olmayan əzələ sıxılmasıdır. Hərəkət çox zaman refleks şəklində insanın iradəsindən asılı olmadan təkrarlanır. Bu hala oğlanlarda qızlara nisbətən 3 dəfə çox rast gəlinir. Bir uşaqda bir neçə tik ola bilər. Statistika göstərir ki, hər 10 nəfərdən birində tik müşahidə olunur. İnsanlarda istənilən yaş dövründə rast gəlinsə də, ən çox müşahidə olunan dövr uşaqlıq və yeniyetməlik dövrüdür.
Yaş baxımından qruplaşdırsaq, əsasən 3-6 və 12-15 yaşlar arası daha sıx yayılıb. Çünki bu yaş dövrləri keçid dövrlər sayılır. Uşağın bağçaya, məktəbə adaptasiyası başlayır, ağır dərs sistemi ilə yüklənir, yeni dost çevrəsi, yeni müəllimlərlə tanış olur, günün müəyyən hissəsini valideynlərindən uzaqda keçirir, eləcə də yeniyetməlik dövründə özünü təsdiqə meyl artır, adi bir uğursuzluq emosional sferada böyük sıxıntı yaradır. Məhz bu səbəblərdən uşaq və yeniyetmələrdə gərginlik, həyəcan, sıxıntı, özünəqapanma kimi hallar əmələ gəlir ki, bu da tiklərin formalaşmasına şərait yaradır.
050-314-15-08
#Pediatr #Nevroloq #AytenSadixova #pediatrmesleheti #usaqhekimi #pediatrnevroloq #qicolma #usaqlardaqicolma #epilepsiya #usaqlardaepilepsiya #meningit #nevroz #enurez #usaqlardayerime #tik #tikler #usaqlardatikler
- Uşağın yeriməsi üçün edilməsi lazım olanları belə sıralaya bilərik: Altda yatan bir sağlamlıq problemi olmadığı halda valideynlər uşaqlarının yeriməyə başlaması üçün körpə yerimək üçün yönləndirilməlidir, əlindən tutularaq yeriməsi üçün imkan yaradılmalıdır.
- Ancaq daha ayaqda dura bilməyən uşağı yeritməyə çalışmaq budda zədə yarada bilər. Tutduğu əşya möhkəmləndirilməli və yapışaraq ayağa qalxmasına maneçilik törədilməməlidir.
- Gün ərzində çox oturdulmamalı, evdə və bayırda yerimə məşqləri aparılmalıdır. Ayaq əzələlərinin güclənməsi üçün ev içərisində çılpaq ayaq və ya sürüşməyən corabla gəzməsinə icazə verilməlidir. Ayaq sağlamlığı baxımından uyğun olmayan, dar və ya geniş, ağır ayaqqabılar geyindirilməməlidir.
- Yerimə cəhdi göstərildiyində bir oyuncaq uzadaraq motivasiyası pozulmamalıdır və oyuncağı əldə etməsi təmin olunmalıdır.
050-314-15-08
#Pediatr #Nevroloq #AytenSadixova #pediatrmesleheti #usaqhekimi #pediatrnevroloq #qicolma #usaqlardaqicolma #epilepsiya #usaqlardaepilepsiya #meningit #nevroz #enurez #usaqlardayerime
Bayılma - beyin qan dövranının pozulması nəticəsində huşun qismən və ya tam, lakin qısamüddətli itməsidir. Bayılmanın səbəbi yorğunluq, qorxu, ağrı, güclü emosiyalar, istivurma, qan azlığı, ürək-damar xəstəlikləri, kəllə-beyin travması, aclıq, şəkər xəstəliyi, bəzi dərmanların qəbulu (məsələn, təzyiqi aşağı salan dərmanlar) və s. ola bilər.
Bayılma bayılmaönü vəziyyətlə müşayiət olunur. Belə ki, bayılmadan öncə uşaq özünü pis hiss edir, ayaqları sanki ağırlaşır, göz önündə qaralma, qulaqlarda cingilti hiss edə bilər. Uşağın rəngi avazıyır, dərisi soyuyur, uşağı soyuq tər basır. Bütün bu əlamətlər çox zaman uşağa imkan verir ki, yıxılmamaq üçün tədbirlər görsün. Lakin bayılma qəfləti də ola bilər.
Bayılma özü - özünə düzələn hal olduğundan adətən uşaq üçün ziyanla nəticələnmir. Bununla belə qəfləti yıxılma nəticəsində uşaq müxtəlif travmalar ala bilər. Özündən getmə zamanı ona yetişə bilirsinizsə, onu tutub yerə doğru aşağı əyin.
050-314-15-08
#Pediatr #Nevroloq #AytenSadixova #pediatrmesleheti #usaqhekimi #pediatrnevroloq #qicolma #usaqlardaqicolma #epilepsiya #usaqlardaepilepsiya #meningit #nevroz #enurez #usaqlardayerime #tik #tikler #usaqlardabasagrisi #usaqlardabayilma
Uşaq nevrologiyası, körpə və uşaqların beyin inkişafını öyrənilməsi baxımından ən fundamental bölmələrdən biridir. Uşağın digər orqan sistemləri kimi, beyin və sinir sisteminin də yaşa uyğun inkişaf edib-etməməsinin mütləq müşahidə etmək lazımdır.
Uşaqlarda nevroloji xəstəliklərin böyük əksəriyyətini baş ağrıları, bəzi nadir metabolik və əzələ xəstəliklərinin meydana gətirdiyini ifadə edilir.
Körpənin ya da uşağın beyin-sinir sistemində çətinlik olub olmadığını necə bilmək olar?
- Uşağınız 2 aylığında üzü üstə başını qaldıra bilmirsə və ya 3 aylığında başını dik tuta bilmirsə, deməli onda sinir problemləri var. Həmçinin gördüyü obyektləri gözlə təqib edə bilmirsə, 6 aylığında arxası üstə başını qaldıra bilmirsə, 9 aylığında dik oturmağı bacarmırsa mütləq həkimə müraciət edin.
1 yaş yarımında yeriyə bilmirsə və ya heç bir söz söyləyə bilmirsə, 3 yaşında sadə cümlələr qura bilmirsə, həddindən artıq yatırsa ya da yuxu pozğunluğu varsa, yuxusunda diksinirsə, 5 yaşından sonra altını islatmağa davam edirsə, deməli körpənin sinir sistemində ciddi problem var. 050-314-15-08
#Pediatr #Nevroloq #AytenSadixova #pediatrmesleheti #usaqhekimi #pediatrnevroloq #qicolma #usaqlardaqicolma #epilepsiya #usaqlardaepilepsiya #meningit #nevroz #enurez #usaqlardayerime #tik #tikler #usaqnevrologiyasi
Bir çox valideynlər əllərindən gələn hər şeyi etsələr də, uşaqlarının yaddaşının zəif olmasından şikayətlənirlər.
Bu halda ilk növbədə, uşaqlarda yaddaş zəifliyinin səbəblərini müəyyən etmək lazımdır. Bu faktorlar müxtəlif ola bilər:
- Tibbi problemlər
- Konsantrasiya dağınıqlığı
- Düzgün yatmaq vərdişlərinin olmaması
- Düzgün yemək vərdişlərinin olmaması
- Həddindən artıq stress
- Həddindən artıq TV izləmək və s.
- Tibbi səbəbləri nəzərə almasaq, qalan digər faktorlar bir o qədər də qorxuducu deyil. Tibbi problemlər də müxtəlif səbəblər əsasında ortaya çıxa bilər. Ən başlıca faktor irsi faktordur. Vaxtında qoyulan diaqnoz və düzgün müalicə bu problemləri aradan qaldıra bilər.
- Qaydasız yuxu vərdişləri uşaqlarda yaddaş zəifliyinə səbəb olan əsas səbəblərdəndir. Hər bir uşaq düzgün yuxu rejiminə ehtiyac duyur.
- Televizor izləməyi azaltmaq yaddaşın güclənməsinə təsir edə bilər, çünki həddindən artıq televizora baxmaq beynin inkişafını ləngidir.
- Beyni inkişaf etdirən oyun və məşqlər də yaddaşı gücləndirmək üçün yaxşı vasitədir. Çox yatmaq və cox televizor izləmək beyni passivləşdirdiyi halda bu tip oyunlar onun inkişafına təkan verir.
⚠ Nəzərinizə çatdıraq ki, düzgün və ardıcıl riayət olunan rejim uşaqlardakı bu problemləri aradan qaldırmağa yardım edəcək. 050-314-15-08
#Pediatr #Nevroloq #AytenSadixova #pediatrmesleheti #usaqhekimi #pediatrnevroloq #qicolma #usaqlardaqicolma #epilepsiya #usaqlardaepilepsiya #meningit #nevroz #enurez #usaqlardayerime #tik #tikler #usaqnevrologiyasi
Autizm-özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir.
Autizm-erkən yaş dövründə başlayan, həyat boyu davam edən, sosial münasibətlər və ünsiyyətdə problemlərin olması ilə birlikdə qəbul olunan neyro-psixiatrik bir pozuntudur.
Autizmin səbəbləri: xəstəliyin yaranmasında irsi-genetik meyl şübhəsiz ki, böyük rol oynayır. Lakin qalan faktorlar: infeksiyalar, vaxtından əvvəl doğuş, dölün hipoksiyası, çəkinin azlığı, ekologiyanın gündən günə pisləşməsi, doğuş travmaları, döğuşdan sonra keçirilmiş infeksiyalar və bir çox başqası xəstəliyə təkan rolu oynayır. Autik uşaqların sayının gün-gündən artması, bütün dünyada bu problemə diqqətin yönəlməsinə səbəb olub.
050-314-15-08
#Pediatr #Nevroloq #AytenSadixova #pediatrmesleheti #usaqhekimi #pediatrnevroloq #qicolma #usaqlardaqicolma #epilepsiya #usaqlardaepilepsiya #meningit #nevroz #enurez #usaqlardayerime #tik #tikler #usaqnevrologiyasi
Autizmdə aşağıdakı əlamətlərin bəziləri yüngül və ya şiddətli şəkildə özünü göstərir. Hər bir simptomun təsiri də digərindən fərqli ola bilər.
- Diqqət toplamaq çətinliyi olur ki, bu zaman da gözünü bir nöqtəyə dikərək ya baxa bilmir, ya da bu çox az halda olur.
- Autizmli uşaqlar ətrafa qarşı maraqsızdırlar.
- Adı səsləndiyi zaman reaksiya vermirlər.
- Ya hədsiz hərəkətli, ya da hərəkətsiz olurlar.
- Bəziləri təmasa icazə vermirlər və xoşalmırlar.
- Bir ortama daxil olduqları zaman əksər hallarda insanları deyil, cansız varlıqları seçirlər.
- Təqlid bacarıqları olmur.
- Söylənənləri tutuquşu kimi təkrarlayırlar.
- Uyğunsuz məqamda gülə bilərlər.
- Stereotipləri var (əl çırpma, tullanma, öz ətrafında dönmə, barmaq uclarında yerimək və s. kimi).
- Oyuncaqlarla gərəkdiyi kimi oynamırlar
- Hər zaman eyni oyunlara üstünlük verirlər.
- Bəziləri çox inadkardır.
- Bəziləri hətta soyuğa, istiyə qarşı reaksiya verməyə bilər.
- Səbrsiz olurlar.
Müalicənin ilk məqsədi münasibət bacarıqlarını maksimum ikişaf etdirməkdir. Erkən diaqnoz və müalicə uşaqların inkişafına kömək olur.
050-314-15-08
#Pediatr #Nevroloq #AytenSadixova #pediatrmesleheti #usaqhekimi #pediatrnevroloq #qicolma #usaqlardaqicolma #epilepsiya #usaqlardaepilepsiya #meningit #nevroz #enurez #usaqlardayerime #tik #tikler #usaqnevrologiyasi
Daun sindromu irsi genetik xromosom xəstəliyidir. Bu insanlarda 46 xromosom əvəzinə 47 xromosom mövcud olur. Xromosom və onlardakı genlər insanın fizioloji və psixoloji vəziyyətinə nəzarət edən, daha doğrusu, insanı şəxsiyyət kimi formalaşdıran əsas ünsürdür. Xromosom dəsti sabitdir, ancaq bəzi amillər bu sistemi poza bilir. Nəticə etibarilə uşağın sahib olduğu artıq xromosom onun həyatına təsir edir. Bu uşaqlar xüsusi görkəmə malik olmaqla bərabər, bir-birlərinə bənzəyir, onlarda zəka geriliyi qeydə alınır. Onların boyu nisbətən alçaq, yaddaş qabiliyyətləri az, diqqətləri dağınıq olur, nitqləri təmiz olmur. Amma güclü təqlid bacarığına malik olurlar.
Uşaqlarda nevroloji xəstəliklərin diaqnozunun tez qoyulması və müalicəyə vaxtında başlanması müəyyən nəticə əldə etməyə imkan verir.
050-314-15-08
#Pediatr #Nevroloq #AytenSadixova #pediatrmesleheti #usaqhekimi #pediatrnevroloq #qicolma #usaqlardaqicolma #epilepsiya #usaqlardaepilepsiya #meningit #nevroz #enurez #usaqlardayerime #tik #tikler #usaqnevrologiyasi #daun #daunsindromu
Uşaqlarda ən çox təsadüf edilən travma – kəllə-beyin travmasıdır və bunun da əsas səbəbi uşağın yıxılmasıdır.
Uşaqların yıxılmasının qarşısını hər vasitə ilə almaq lazımdır!
Heç bir halda, hətta ən kiçik uşaqları da onları bələdiyiniz stolun üstündə, divanda nəzarətsiz qoymayın!
Əgər yıxıldıqdan sonra uşaq huşunu itiribsə, uşaqda bəbəklərin genişlənməsi və ya daralması, bəbəklərin ölçülərinin müxtəlifliyi, baş ağrısı, əzginlik, başgicəllənmə, ona edilən müraciətə cavab verməməsi, yuxululuq, danışığında və ya hərəkətlərində pozğunluq, ürəkbulanması və ya qusma, burnundan və ya qulaqlarından qanaxma, rəngsiz və ya qan qarışıqlı mayenin xaric olması, gözlərin altında və ya qulaqların arxasında tünd ləkələrin olması kimi əlamətlər müşahidə edilirsə, onu tez bir zamanda həkimə göstərmək lazımdır. Sadalanan bu əlamətlər beyin silkələnməsi və ya əzilməsinin əlamətləri ola bilər. 050-314-15-08
#Pediatr #Nevroloq #AytenSadixova #pediatrmesleheti #usaqhekimi #pediatrnevroloq #qicolma #usaqlardaqicolma #epilepsiya #usaqlardaepilepsiya #meningit #nevroz #enurez #usaqlardayerime #tik #tikler #usaqnevrologiyasi #daun #beyintravmasi
Collecter les statistiques #USAQLARDAYERIME effectuez une recherche à l'obtention des statistiques (Aller à la sélection).