sakitlik huzur melankolia piano beethoven classicalmusic evgenygrinko maxrichter music sadmusic song yalnizlik yanntiersen bach baku chopin eminsabito ludovicoeinaudi mozart olafurarnalds silencemusic slowmusic violin iday azerbaijan azerbaycan instagram menaaliyev thedemelos
Ağlamaq üçün gözdən yaşmı axmalı?
Dodaqları gülərkən insan ağlamazmı?
Sevmək üçün gözələmi baxmalı?
Pis vücudda gözəl ruh,qəlbi bağlamazmı?
Həsrət-bir sevgidən uzaqmı qalmaqdır?
Sevgilin yanindaykən hicran duyulmazmı?
Oğurluq-pul,dövlət,malmı oğurlamaqdır?
Səadət oğurlamaq oğurluq olmazmı?
Solmasi üçün gülü budaqdanmı üzməli?
Qönçəykən bir çiçək budaqda solmazmı?
Öldürmək üçün silah,bir xəncərmi olmalı?
Gülüş-güllə,saçlar-ip,göz-silah olmazmı..
.
.
#huzur #yalnizlik #slowmusic #evgenygrinko #yanntiersen #piano #sadmusic #melankolia #classicalmusic #silencemusic #sakitlik #maxrichter #chopin #hüzünlü #music #slowmuzik #beautifulmusic #beethoven #mozart #nature #streetstyle
'Hələ çiçəklər açılacaq,
Dərilib,qoxlanıb,solacaq.
Boynubükük bənövşələrə,
Qəmli xatirələr qalacaq.
İllərin əlçatmaz uşaqlığında
Nə vaxtsa aldadılmış gözəlin
Gözləri dolacaq.
Ağarmış saçların xatirələri
Yaddaşda ilişib qalmış
Qara saçlarını yolacaq.
Heç kəs arxayın olmasın
Dünya belə getməz;
Yerdəki mələklərin intiqamını,
Göydəki mələklər alacaq..' #NüsrətKəsəmənli#sakitlik#huzur#yalnızlıq
Əsi
Gedişindən bir gün ötdü
İndi saat on altıdır.
Belə göz yaşından sonra
Daha ömür sualtıdır.
Mənə bir pislik elə
Səni asan unutmaqçün.
Bircə əlcəyini saxla
Göz yaşımı qurutmaqçün.
Qucağım boşdur...qırıram
Köynəyimin hər düyməsin
Çobanyastığı falıtək:
"Gəlsin, yoxsa gəlməsin?" Ən təmiz sığalımı da
Aparmısan öz üzündə.
Astara çevrilib evim
Qalmışam çölün düzündə.
Gəl bu axşam geri qayıt
Qucağından otaq düzəlt.
Uzaqlardadır xoşbəxtlik
Saçlarından uzaq düzəlt.
Sevincimi sənə verim
Qoy üzün gülsün həmişə.
Mən yaşamağa yox...səni
Xoşbəxt etməyə gəlmişəm.
Gəl həyat yenə başlasın
Dünya da sənə oxşasın
...və sən olsun dörd bir yanım
Hər gün, hər axşam səslənim:
"Ay balaca xanımım..."
.
.
#huzur #yalnizlik #slowmusic #şiirsokakta #huzurlu #veda #sakitlik #silent #muzik #sad
'Bilirəm,intizar içində qalıb,
Hər bir kölgə düşsə,heyrətə dalıb,
Yollara həsrətlə sən göz dikirsən,
Məni görməyəndə hey ah çəkirsən..
Titrək dodaqların pıçıldar hərdən:
"Niyə gəlməz oldun,yox oldun birdən?"
Hicran alovunda əriyəndə sən
Mənim gəlişimlə sönmək istərsən.
Mənim ürəyimi nəbzində dinlə,
Döyünür inan ki sənin qəlbinlə.
Kövrəlir,ağlayır o için-için,
Ağlayır gecikmiş məhəbbətinçin.
Bəlkə də sevmirsən,mən yanılmışam,
Şirin sözlərinə aldanılmışam.
Ürək kitab deyil,açıb oxuyaq,
Bizi də yaşadan,ümüddür ancaq..' #slovvmusic#hüzur#sakitlik#yalnızlıq
Əsi
'Salam
Bir-iki kəlməyəm mən
Bir-iki başa düşmədiyin söz
Sənəm mən,
Zəiflərin zəifi,tənhaların tənhası,
Başa düşmədiyin bir cüt göz
Təsəllilərin ən pisi
Tək ölənlərin növbətisi
Şeirlərin ən zəifi
Deyilməyən sözlərin ən güclüsü
Adilərin adisi
Bəsitlərin bəsiti
Bəs deyildi?
Bəs idi..' #ulucayakif#Slovvmusic#huzur#Sakitlik#Yalnızlık#şiir
Əsi
Elə ağrılıdı...elə ağrılı
susasan...səsindən duyan olmaya.
itə də, qurda da yiyə çıxasan,
sənin bu dünyada yiyən olmaya.
ağlayıb qalasan divar dibində,
yanından keçənlər baxıb keçələr.
ayağına dolaşan bir ac pişik tək,
ömrünə dolaşa qara gecələr.
səhər gözləyəsən...səhər gəlməyə,
çırpına gözünün yaş qapaqları.
lələk əvəzinə bir qələm sala,
ovcunun içinə quş qanadları.
bir məktub yazasan gül yarpağına,
gəlməyən səhərə pay göndərəsən.
göyünü itirmiş uşaqlar var ha...
onlara bir parça göy göndərəsən.
elə ağrılıdı...kiritməyələr,
ağlayıb, hönkürüb ...sonra güləsən.
bir dizin qalanda qucaqlamağa,
başını dizinə qoyub öləsən...
.
.
#huzur #yalnizlik #slowmusic #classicalmusic #piano #iday #maxrichter #olafurarnalds #yanntiersen #evgenygrinko #eminsabitoğlu #ludovicoeinaudi #melankolia #sadmusic #silencemusic #sakitlik #violin #mozart #bach #beethoven #chopin #song #music